9-cu siniflərin monitorinqi aparıldı
Bu gün 318 nömrəli tam orta məktəbin rəhbərliyi tərəfindən 9-cu sinifdə oxuyan şagirdlərin monitorinqi aparıldı. Monitorinq aparılmasında məqsəd şagirdlərin fənlər üzrə bilik və bacarıqlarının hansı səviyyədə olmasının müəyyən edilməsi idi. Eyni zamanda monitorinq buraxılış imtahanlarına da hazırlıq məqsədi daşıyırdı.
Monitorinq zamanı şagirdlərə Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək buraxılış imtahanlarının I mərhələsinə uyğun suallar təqdim edildi.
Monitorinqdə məktəbin 140-dan çox şagirdi iştirak etdi.
Monitorinqin nəticəsi yoxlanıldıqdan sonra fənn müəllimlərin, şagirdlərin və valideynlərin nəzərinə çatdırılacaqdır.