Ulu öndərin anım günü ilə əlaqədar bədii qiraət günü keçirildi

Ulu öndərimiz, dahi şəxsiyyət Heydər Əliyevin ideyaları daim qəlblərdə yaşayır. Həyatımızın elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyevin xatirəsi əbədiləşdirilməsin, adına möhtəşəm abidə ucaldılmasın. Müstəqil Azərbaycanın qurucusu və banisi, dövlətçiliyimizin qarantı olmuş Ulu Öndər ölkəmiz və xalqımız üçün etdikləri əsrlər keçsə də tarixi dəyərini itirməyəcəkdir.

Bu gün məktəbimizdə Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq bədii qiraət günü keçirilmişdir. Şagirdlər öncə Ulu Öndər Heydər Əliyevin məktəbdəki büstünün qarşısına gül dəstələri qoydular. Daha sonra məktəbin kitabxanasında toplaşdılar. Onlara Ulu Öndər haqqında məlumatlar verildi. Qeyd olundu ki, Azərbaycanın vətəndaşları dövlət müdrikliyi və sarsılmaz mətnliyi sayəsində Azərbaycanın gələcəyini təmin etmiş bu dahi insanı unutmayacaqlar.Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilməsi, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, respublikamızın dinamik inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun artması Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin səmərəli fəaliyyəti, qətiyyəti və əzmkarlığı sayəsində mümkün olmuşdur.

Daha sonra uşaqlar Heydər Əliyevin həyat və fəaliyyəti haqqında olan kitablar oxudular.

Müstəqil Azərbaycanın banisi Heydər Əliyevin xatirəsi xalqımızın qəlbində yaşayır və daim yaşayacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi