5 "Ə" sinfində ədəbiyyat fənnindən "Açıq dərs"

Bakı  şəhəri  Suraxanı rayonu 318 nömrəli tam orta  məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Səfərova Xəyalə 5”Ə” sinfində ədəbiyyatdan “Açıq dərs” keçdi. Mövzu Əli Tudənin “Yaşayanlar görəcəkdir” şeirinin təhlili ilə bağlı idi.

            “Açıq dərs”də məktəbin direktoru Mürsəl Kazımov, direktor müavini Adilə Həmzəyeva və digər müəllimlər iştirak etdilər. Müəllim doğma vətənimiz Azərbaycanın tarixi və bu günü haqqında şagirdlərə məlumat verdi. Şagirdlər mövzunun izahını diqqətlə dinləyib, fərqli münasibətlər bildirdilər. Onlar Cənubi Azərbaycan şairlərindən, onların yaradıcılıqlarından nümunələr gətirməklə biliklərini nümayiş etdirdilər. Dərsdə İKT-dən istifadə olundu.

            Dərsin sonunda məktəbin direktoru çıxış edərək öz müsbət təəssüratlarını bölüşdü. Dərsi izləyən digər müəllimlər də “Açıq dərs” haqqında xoş fikirlərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi