318 nömrəli tam orta məktəbin 10 illik yubileyi keçirildi

             25 noyabr 2018-ci il tarixində 318 nömrəli məktəbin 10 illik yubileyi qeyd olundu. Yubileydə Suraxanı rayonu İcra Hakimiyyətində şöbə müdiri Barxudar Barxudarov, Yeni Azərbaycan Partiyasının aparat təşkilat rəhbəri Fərman Rəsulov, Bakı Şəhəri Təhsil İdarəsinin aparıcı məsləhətçisi Camal Bağırov, Suraxanı rayonu Müəllim Azad Həmkarlar təşkilatının sədri Fərhad Həsənov, eləcə də vaxtı ilə məktəbimizin pedaqoji heyətində çalışmış və hazırda 275 nömrəli məktəbin direktoru Fəridə Şərifova, 196 nömrəli məktəbin direktoru Sevinc Hüseynova, 327 nömrəli məktəbin direktoru Yeganə Maqsudova qonaq kimi iştirak etdilər.

Tədbir himnlə başladı. Sonra tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mürsəl Kazımov iştirakçıları salamlayaraq məktəbin tarixindən, bu günümüzə qədər olan müddətdə qazandığı müvəffəqiyyətlərdən danışdı.

Direktorun çıxışından sonra məktəbin keçdiyi tarixi yoldan və bugünkü fəaliyyətindən bəhs edən video - çarx nümayiş olundu. Tədbirdə iştirak edən qonaqlar da çıxış edərək məktəbin 10 illik yubileyi münasibətilə məktəb kollektivini və iştirakçıları təbrik etdilər.

Daha sonra şagirdlər hazırladıqları mahnı və rəqs kompozisiyalarını həvəslə təqdim etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi