Məktəbimizdə silsilə "Açıq dərs"lər keçirilir

Bakı  şəhəri  Suraxanı rayonu 318 № - li tam orta  məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi İsmayilzadə Samirə Kamil qızı 7 “B” sinifində Ədəbiyyat fənnindən “Açıq dərs” keçirdi. Məktəb rəhbərliyinin iştirakı ilə keçirilən bu dərsin mövzusu “Səməd Vurğun:  ,,Azərbaycan ,, şeirinin təhlili “ idi. Dərsin məqsədi vətənlə bağlı əsərlərdə hiss və düşüncələrin daha yaxşı mənimsənilməsi oldu. Təlim forması kimi kollektivlə və kiçik qruplarla iş, təlim üsulu kimi isə beyin həmləsi və müzakirədən istifadə olundu. Dərsin “Motivasiya” mərhələsində ulu öndər Heydər Əliyevin “Azərbaycan” şeirindən söylədiyi parça səsləndirildi. Şagirdlərə tədqiqat sulaı verildi: “Azərbaycan” seirinin maraqla oxunmasına və sevilməsinə səbəb, sizcə nədir? Tədqiqat aparmaq üçün şagirdlər 4 qrupa bölündü. Hər bir qrupa tapşırıq yazılmış iş vərəqləri paylandı. Şagirdlərin fəal iştirakı ilə baş tutan tədqiqatdan sonra hər qrupdan bir nəfər nümayəndə qrup işini həvəslə təqdim etdi. Təqdimatlar dinlənildi. Qruplar bir –birinin işi ilə ətraflı tanış oldular. Müəllim təqdimatdan alınan cavablara əsasən şagirdləri öz mülahizələrini əsaslandırmağa sövq etdi. Müzakirənin səmərəli keçməsi üçün sərbəst diskusiya şəraiti yaradıldı. Dərsin sonunda qiymətləndirilmə aparıldı və ev tapşırığı verildi.

Rəhbərlik tərəfindən dərsə yüksək rəy verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi