Pedaqoji Şuranın növbəti iclası keçirildi

318 nömrəli məktəbin fəaliyyət planına uyğun olaraq 16 noyabr 2018-ci il tarixində Pedoqoji Şuranın növbəti iclası keçirildi. İlk öncə məktəbin direktoru Mürsəl Kazımov iclası açıq elan edərək pedaqoji kollektivi salamladı və çıxış üçün sözü direktor müavini Malik Mehbalıyevə verdi. Malik müəllim öz çıxışında tərbiyə-təhsil sisteminin yaxşılaşdırılması və şagirdlərin dövlətə və millətə layiqlı vətəndaş kimi formalaşması sahəsində sinif rəhbərlərinin qarşısında duran vəzifələrdən danışdı.
Direktor müavini Rəsmiyyə Hüseynova isə ibtidai siniflərin rəhbərlərinin və metodbirləşmə sədrinin fəaliyyəti, məktəbdaxili qiymətləndirmə, şagirdlərin dərsə davamiyyəti, nizam-intizam haqqında danışdı.
Direktor müavinlərinin çıxışlarından sonra məktəbin direktoru Mürsəl Kazımov IX siniflərdə monitorinqin keçirilməsi, “Açıq dərs”lərin təşkili, pedaqoji kollektivin valideynlərlə sıx əməkdaşlığı sahəsində qarşıda duran vəzifələri müəllimlərin diqqətinə çatdırdı.
Sonda gündəlikdə olan məsələlər geniş müzakirə olundu və hər bir məsələ haqqında qərar qəbul olundu. Cari il üçün qarşıda duran məsələlər haqqında kollektivə ciddi tapşırıqlar verildi.