Azərbaycan Respublikasının Dövlət Bayrağı gününə həsr olunmuş tədbir keçirildi

Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür. Ölkəmizin bütün təhsil müəssisələrində  olduğu kimi 318 nömrəli tam orta məktəbdə də Bayraq günü ilə əlaqədar tədbir keçirildi. Tədbir ibtiai sinif müəllimi Hacıyeva Ofelya və bədii rəhbər Rübabə Müradovanın rəhbərliyi ilə 2 “E” sinif şagirdləri tərəfindən keçirildi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Sonra çıxış üçün söz məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Rəsmiyyə Hüseynovaya verildi. O, öz çıxışında  Azərbaycan bayrağını xalqımızın, bütün dünya azərbaycanlılarının azadlığının, şərəf və ləyaqətinin, milli birliyinin ifadəsi, hörmət və ehtiramının tək ünvanı olduğunu söylədi. Həmçinin bildirdi ki, Azərbaycan bayrağını müqəddəsləşdirən təkcə onun and yerimiz olması deyil, bayraq həm də dövlətimizin, bütövlükdə, xalqımızın gələcək yolunu müəyyənləşdirən bələdçidir. Milliliyi, dini inancımızı və müasirliyi təcəssüm etdirən bayrağımız azərbaycanlılara öz soykökünü xatırladır, üzərində dalğalanan torpağın qədimliyini göstərir. Bu gün ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir.

Tədbir şagirdlərin vətənə və bayrağa həsr olunmuş şeir və mahnıları ilə davam etdi. Hərbi paltarda şagirdlərin nümayiş etdirdiyi bayraq kompozisiyası maraqla izləndi.

Tədbirin sonunda sinif rəhbəri çıxış edərək belə tədbirlərin şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün böyük əhəmiyyət kəsb etdiyini bildirdi. O, vətənimizin başı üzərində dalğalanan əzəmətli bayrağımızın tezliklə işğal olunmuş torpaqlarımızda dalğalanacağına inamını bildirdi.

Tədbirin sonunda şagirdlər Fəxri fərmanla təltif olundular.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi