Bilik yarışı

Şagirdlər arasında keçirilən “Bilik yarışması” onların bilik, bacarıq və vərdişlərinin üzə çıxarılmasında, gələcəkdə yuxarı siniflərdə keçiriləcək olimpiadalarda iştirak etməsində böyük rol oynayır. Buna əsaslanaraq 6 noyabr 2018-ci il tarixində III siniflər arasında, 7 noyabr 2018-ci il tarixində isə IV siniflər arasında “Bilik yarışması” keçirilmişdir.
Tədbirdə münsiflər heyəti olaraq məktəbin direktoru Mürsəl Kazımov, direktor müavini Rəsmiyyə Hüseynova və ibtidai siniflər üzrə metodbirləşmə sədri Aynurə Babayeva iştirak etmişdir. “Bilik yarışması”nda şagirdlərə verilən sualların sayı 21 olmuşdur. Bu sualların tərkibi ümumi dünyagörüşü, riyazi, məntiqi və Azərbaycan dilinin qrammatikasına dair bilikləri üzə çıxarmağa xidmət edə biləcək tapşırıqlarla əhatə olunmuşdur. III siniflər üzrə bilik yarışmasının nəticəsi olaraq I yeri 3”E”, II yeri 3”Ç”, III yeri isə 3”C” sinfi qazandı. Onlar məktəb rəhbərliyi tərəfindən Fəxri fərmanla təltif olundular.
Növbəti gün IV siniflər üzrə “Bilik yarışması” təşkil olundu. Bu yarışmada da münsiflər heyəti qismində məktəbin direktoru Mürsəl Kazımov, direktor müavini Rəsmiyyə Hüseynova və ibtidai siniflər üzrə metodbirləşmə sədri Aynurə Babayeva iştirak etdi. Yarışmada uşaqlara təqdim olunan 25 sual məntiq, ümumi dünyagörüşü, riyaziyyat və Azərbaycan dilinin qrammatikasını əhatə etmişdir.
Yarışmanın nəticəsi olaraq 4”Ə” sinfi I, 4”E” sinfi II, 4”C” sinfi isə III yeri qazandı. Qaliblər məktəb rəhbərliyi tərəfindən Fəxri fərmanla mükafatlandırıldı.