"Bilik günü" tədbiri keçirildi

Bu gün Azərbaycanda Bilik Günüdür. Prezident İlham Əliyevin 2004-cü il 21 avqust tarixli fərmanına uyğun olaraq, ölkədə hər yeni dərs ili sentyabrın 15-də başlanır və bu tarix Bilik Günü kimi qeyd olunur.
Bununla əlaqədar olaraq məktəbimizdə də “Bilik günü” tədbiri keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər iştirak etdi. Məktəbin direktoru Mürsəl Kazımov çıxış edərək yeni dərs ili münasibəti ilə şagirdləri təbrik etdi, onlara yeni dərs ilində müvəffəqiyyətlər arzuladı.
Təbirdə 1-cilər həvəslə rəqs edib şən mahnılar oxudular.