"Son zəng" tədbiri keçirildi

14 iyun 2018-ci il. Bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin XI siniflərinin son zəngi çalındı. 19 192 nəfər orta məktəb məzunu oldu. Həmişə olduğu kimi bu il də məktəbimizdə “Son zəng” tədbiri keçirildi. Tədbirdə rəhbərlik, müəllim və şagird heyəti, valideynlər, rəsmi qonaqlar iştirak etdi. İlk çıxışı məktəbin direktoru Mürsəl Kazımov etdi. O, məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzuladı. Çıxışdan sonra direktor DİM tərəfindən keçirilən birinci qəbul imtahanında yüksək bal toplamış məzunları təbrik etdi. 675 bal toplamış Adıgözəlov Vasif, 670 bal toplamış Güləhmədzadə Adelya, 666 bal toplamış Nəzərli Əli, 650 bal toplamış Məmmədli Ələkbər, 638 bal toplamış Bəşirli Leyla, 621 bal toplamış Şükürova Salehə Fəxri Fərmanla təltif olundu. Sonra Qaraçuxur bələdiyyəsinin sədri İxtiyar Nəcəfov çıxış edərək məzunları təbrik etdi və rayonun İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun təbrikini iştirakçılara çatdırdı.
Məktəbin ibtidai sinif şagirdləri öz rəqs və ifaları ilə tədbirə qatıldılar. Məzunlar hazırladıqları bir-birindən maraqlı rəqs və ifalarını təqdim etdi. Tədbirin sonunda çalınan son zəng hamını kövrəltdi.
Əziz məzunlar! Yolunuz açıq, məsləyiniz saf, uğurunuz bol olsun!