Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar səyahət

Bu il 28 may 2018-ci il tarixində dövlətimiz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini təntənəli surətdə qeyd edir. Bu münasibətlə məktəbin 3 “E” sinif müəllimi Yaqut Hüseynova öz şagirdlərinə gözəl şəhərimiz olan Bakını daha yaxşı tanıtmaq üçün onları səyahətə çıxardı. Onlar Qız qalasına, Şəhidlər xiyabanına, Fəxri xiyabana səyahət etdilər. Şagirdlər Bayraq meydanında əzəmətlə dalğalanan üçrəngli bayrağımızı fəxrlə seyr etdilər. Şəhərdə uşaqdan tutmuş böyüyədək hamı sevinc içində idi. Bakıya gələn turistlər də bu sevincə qoşulmuşdular.

Şagirdlər Fəxri xiyabanı ziyarət etdilər. Burada dövlətimizin quruculuğunda, siyasi və mədəni həyatında böyük xidmətləri olan insanlar dəfn olunub: Ulu Öndər H. Əliyev, Z. Əliyeva, Ü. Hacıbəyov, S. Vurğun, Bülbül və s.

Sonra şagirdlər qürur yerimiz olan Şəhidlər xiyabanını ziyarət etdilər. Vətənimizin müstəqilliyi burada yatan neçə-neçə vətən oğullarının qanı bahasına əldə olunub.

Şagirdlər Qız qalası, Şirvanşahlar sarayına da gedib Azərbaycanın bu tarixi abidələri ilə də yaxından tanış oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi