Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbir keçirildi

Məktəbin 1 “Ç” sinfində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı sinif müəllimi Firuzə Nəcəfova tədbir hazırlamışdır. Tədbir birincilərin məktəbin qarşısında Azərbaycan Respublikasının himnini oxumaqla başlandı. Şagirdlər bayrağımızın rənglərini əks etdirən köynəklər geyib əllərində həmin rəngdə hava şarları tutmuşdular. Himn oxunduqdan sonra şarlar havaya buraxıldı.
Tədbir sinifdə davam etdi. Uşaqlar Üzeyir Hacıbəylinin “Koroğlu” uverturasının sədaları altında himnimizin sözlərini əzbər söylədilər. Şagirdlərə video görüntüdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və sovet işğalçılarının respublikamızın işğalı ilə bağlı kadrlar göstərildi. Şagirdlər vətənimizə, bayrağımıza sevgilərini şeir və mahnılar söyləməklə göstərdilər.
Tədbirin sonunda vurğulandı ki, güclü ordumuzun Ali Baş Komandanı İlham Əliyevin səyi və təşəbbüsü nəticəsində torpaqlarımız işğaldan azad olunacaq və Azərbaycan yenidən öz ərazi bütövlüyünə qovuşacaq. Xalqımız azad və müstəqil Azərbaycanda xoşbəxt, firavan həyat sürəcək.