Texnologiya fənnindən açıq dərs

14 may 2018-ci il tarixində məktəbin texnologiya müəllimi Nərgiz Məmmədova 5 “D” sinfində açıq dərs verdi. Dərsin mövzusu “Parçadan məmulat hazırlamaq üçün iş yeri və tərtibat işləri”, məqsədi isə şagirdlərə əl alətlərindən istifadə etməklə parçadan məmulat hazırlamağı, parçadan məmulat hazırlayarkən təhlükəsizlik qaydalarına əməl etməyi, parça ilə işləmək üçün əl alətlərinin növləri ilə tanış olmağı və onlardan istifadə etməyi öyrətmək idi. Motivasiyadan sonra şagirdlərə “Parça ilə işlədikdə hansı alət və tərtibatlardan istifadə edilir?” tədqiqat sualı verildi. Dərsdə beyin həmləsi və müzakirə kimi iş üsullarından və qruplarla iş formasından istifadə olundu. Şagirdlər müxtəlif növ qayçılar, iynələr, santimetrli lent, oymaq, sancaq və s. alət və tərtibatlardan istifadə etdilər.

Açıq dərsdə məktəbin direktoru Mürsəl Kazımov iştirak etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi