1 "Ç" sinfində Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir

1 “Ç” sinfinin rəhbəri Firuzə Nəcəfovanın rəhbərliyi ilə müasir müstəqil dövlətimizin qurucusu ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbir məktəbin həyətində şagirdlər tərəfindən Azərbaycan Respublikasının Dövlət himninin oxunması ilə başladı. Tədbirdə iştirak edən məktəbin direktoru Mürsəl Kazımov, direktor müavinləri Rəsmiyyə Hüseynova və Tutu Həmzəyeva öz çıxışlarında  böyük siyasi və dövlət xadimi Heydər Əliyevin fəaliyyəti haqqında danışdılar. Onlar qeyd etdilər ki, Nə qədər ki bu xalq yaşayır, Heydər Əliyevin əziz adı dilimizdən düşməyəcək və onun müqəddəs xatirəsi daim qəlbimizdə yaşayacaqdır.

Çıxışlardan sonra şagirdlər əllərindəki gül dəstələrini Heydər Əliyevin büstünün qarşısına qoydular. Tədbir sinifdə davam etdi. Şagirdlər mahnı və şeirlər söylədilər. Onlara proyektorla Heydər Əliyev haqqında videofilmlər göstərildi. Tədbir çox maraqlı keçdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi