“Kenquru” Beynəlxalq Riyaziyyat Müsabiqəsində yüksək bal toplayan şagirdlərimiz mükafatlandırıldı

“Kenquru” Beynəlxalq Riyaziyyat Müsabiqəsi 1994-cü ildən, ildə bir dəfə olmaqla keçirilir. Müsabiqənin keçirilməsində əsas məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onların elmi potensiallarının inkişaf etdirilməsi və şagirdlərdə fənlərə olan marağın artırılmasına nail olmaqdan ibarətdir. 2017-ci ildə müsabiqədə dünyanın 80-dən çox ölkəsindən 6 milyondan çox şagird iştirak etmişdir.

Müsabiqənin idarə heyətinin müxtəlif ölkələrdən olan üzvləri ildə bir dəfə bir araya gələrək növbəti il üçün fərqli ölkələrdən təqdim edilən suallar arasından seçim edir və yekun sualları müəyyənləşdirirlər. Qaydalara əsasən tapşırıqlar 2, 3-4, 5-6, 7-8, 9-10-cu sinif şagirdləri üçün 5 fərqli kateqoriya üzrə qapalı test formatında və 3 səviyyədə - asan, orta, çətin olmaqla tərtib edilir. Müsabiqə dünyanın bütün ölkələrində mart ayının üçüncü həftəsi təşkil edilir.

Azərbaycanda ilk dəfə keçirilməsi 18 mart 2018-ci ildə pilot layihə kimi nəzərdə tutulan bu müsabiqə Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinin təşəbbüsü və mərkəzi Fransada olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə həyata keçirilir.

Məktəbimizin şagirdləri də bu müsabiqəyə qoşulmuşlar. Onlardan 3 “E” sinif şagirdi Abbaslı Ömər , 3 “Ə” sinif şagirdi İsmayılov Əli, 4 “Ç” sinif şagirdi Əhmədova Fatimə , 5 "C" sinif şagirdi Talıbov Nicat, 8 “Ç” sinif şagirdi Musayev Cavid yüksək bal toplamışlar. Bu münasibətlə məktəbin direktoru Mürsəl Kazımov onları təbrik etmiş və Fəxri Fərmanla təltif etmişdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi