1 "C" sinfində açıq dərs

Məktəbin 1 “C” sinif rəhbəri Səadət Səfərova azərbaycan dili fənnindən açıq dərs keçirdi. Mövzu “Hesab” idi. Dərsin məqsədi şagirdlərə şeiri nəsrə çevirərək nəql etməyi öyrətmək, faktlara münasibət bildirmək bacarığı aşılamaq idi. Müəllim iş forması olaraq kollektiv və qruplarla iş forması, iş üsulu olaraq isə beyin həmləsi, müzakirə, rollu oyun kimi üsullardan istifadə etdi.
Motivasiyada hesabla əlaqədar tapmacalar təqdim olundu və tədqiqat sualı verildi: “Belə tapmacaların cavabını tapmaq üçün nəyi bilmək lazımdır?” Şagirdlərin fərziyyələrindən sonra dərsin mövzusu aydın oldu. Dərs ərzində uşaqlar əlyazısı şəklində olan sözləri və cümlələri üzündən köçürür, mətndəki eyni sözlərin ad və əlamət bildirən mənalarını fərqləndirir, hesabla bağlı şeirlər söyləyərək onları nəsrə çevirdilər.
Dərsin sonunda şagirdlər müxtəlif meyarlara görə qiymətləndirildi. Dərsdə iştirak edən direktor müavini Rəsmiyyə Hüseynova dərsə müsbət rəy verdi.