Təlimə Dəstək Mərkəzinin təşəbbüsü ilə əlaqədar açıq dərslər keçirildi

Təlimə Dəstək Mərkəzinin təşəbbüsü ilə əlaqədar 318 nömrəli məktəbdə riyaziyyat, fizika, kimya, biologiya, həyat bilgisi, təsviri incəsənət və informatika fənləri üzrə açıq dərslər keçirildi. Dərslərdə Təlimə Dəstək Mərkəzinin resurs bölməsinin müdiri Abdulla Qəhrəmanov, müdir müavini Züleyxa Ələkbərova, digər məktəblərin fənn müəllimləri iştirak etdilər. Sonda müəllimlər keçirilən açıq dərslərin müzakirəsini apardılar.