1 "Ç" sinfində açıq dərs keçirildi

Məktəbimizin 1 “Ç” sinif müəllimi Firuzə Nəcəfova həyat bilgisi fənnindən açıq dərs keçirdi. Dərsin məzmun xətti “Sağlamlıq və təhlükəsizlik”, mövzusu isə “Mən yolu necə keçə bilərəm” idi. Dərsin məqsədi uşaqlara yolu keçmək üçün ən təhlükəsiz üsulu seçməyi, səki və yolun kənarı ilə hərəkət etməyi öyrətmək, işıqforun işarələrini izah etmək, avtobus və avtomobil kimi nəqliyyat vasitələrini tanıtmaq idi.

Şagirdlərə əvvəlcədən qarşılarına qoyulmuş göy, qırmızı, yaşıl və sarı rəngli köynəklərini geymək tapşırılır. Əvvəlcə göy, qırmızı və yaşıl rənglər üzərində iş aparılır. Bu rənglərin bayrağımızın rəngləri olduğu vurğulanır. Hər bir rəngin mənası açıqlanır. Himnimizin bəstəkarı Üzeyir Hacıbəyli haqqında məlumat verilir. Qarabağın məşhur sənətkarlarının adları sadalanır. Torpaqlarımızın 20%-nin düşmənlərimiz tərəfindən işğal olunduğu bildirilir. Zəbt olunmuş rayonlarımızın adları sadalanır. Qırmızı, sarı və yaşıl rənglərin nəyi xatırlatması soruşulur. Şagirdlərin fərziyyələrindən sonra mövzu açıqlanır. Tədqiqat sualı verilir: “Yolda hərəkət edən zaman hansı yol hərəkəti qaydalarına əməl etməliyik?” Cütlərlə iş formasından istifadə olunaraq tədqiqat aparılır və mövzu müzakirə olunur.

Dərsdə yol hərəkəti qaydalarına aid müxtəlif oyunlar keçirildi, mahnılar oxundu, şeirlər söyləndi. Dərsin bütün mərhələləri slaydlarla müşaiyət olundu. Məktəbin direktoru Mürsəl Kazımov və direktor müavini Rəsmiyyə Hüseynova dərs haqqında yüksək rəy bildirdilər.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi