"Oxu günü" çərçivəsində aşıq yaradıcılığına həsr olunmuş dəyirmi masa keçirildi

Şəxsiyyət olaraq insanın formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, cəmiyyət hadisələrinə çevik, həssas və obyektiv münasibət bəsləməsində, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında, bir çox hallarda isə həyat yolunun müəyyənləşməsində və vətəndaşlıq tərbiyəsində mütaliənin rolu müstəsna əhəmiyyət kəsb edir. Qloballaşmanın qarşısıalınmaz prosesə çevrildiyi hazırkı dövrdə millidəyərlərin, xalqımızın mənəvi simasını əks etdirən mədəni irsinin və adət-ənənələrinin qorunub saxlanılaraq nəsildən-nəslə ötürülməsində və onların digər mədəniyyətlərlə müqayisə olunub müvafiq nəticələr çıxarılmasında mütaliə əvəzsiz təsir gücünə malikdir.

Bununla bağlı Bakı şəhəri Üzrə Təhsil İdarəsinin 4 aprel 2018- ci il tarixli 148 nömrəli əmrinə əsasən məktəbimizdə aşıq yaradıcılığına həsr olunmuş dəyirmi masa kecirildi. Tədbirdə məktəbin direktoru Mürsəl Kazımov, direktor müavinləri Tutu Həmzəyeva və Rəsmiyyə Hüseynova, kitabxana müdiri Almaz Rüstəmova, Uşaq Birliyi Rəhbəri Məlahət Balacanova, ədəbiyyat müəllimi Xəyalə Səfərova iştirak etdilər. Şagirdlərin söylədikləri aşıq şeirləri və sazda ifaları tədbir iştirakçılarına böyük zövq yaşatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi