"Uğur üçün tədris" təlimi başa çatmışdır

British Council dil öyrənən şəxslərin və müəllimlərin ingilis dilini inkişaf etdirmələri üçün bir çox layihələr həyata keçirməkdədir. Bu layihələr çərçivəsində bir çox resurslardan, o cümlədən televiziya, radio, mobil proqramlar, mesaj və təlimlərdən istifadə olunmaqdadır. Bu layihələrdən biri də British Council və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçirilən dövlət məktəblərində ingilis dili müəllimlərinin peşəkar inkişafına yönəlmiş “Uğur üçün tədris” (SPEX) layihəsidir. Layihə çərçivəsində diltəkmilləşdirmə təlimləri həyata keçirilmişdir. Təlimdə 318 nömrəli məktəbin ingilis dili müəllimləri də iştirak etmişlər. Təlimin əsas məqsədi müəllimlərin ingilis dilində danışıq səriştəsinin artırılması, danışığın tədrisi və qiymətləndirilməsi qabiliyyətinin təkmilləşdirilməsi olmuşdur. Ümumilikdə bir il müddətində davam etmiş bu layihə aşağıdakı istiqamətləri əhatə etmişdir:
Müəllimllərin ingilis dili qabiliyyətləri qiymətləndirilir və təkmilləşdirilir.
Müəllimlərin tədrisetmə və danışıq qabiliyyətlərinin qiymətləndirilməsi üzrə pedaqoji bilik və bacarıqları artırılır.
İxtisasartırma təlimləri müəllimlərin ehtiyaclarına və kurikulumun tələblərinə uyğunlaşdırılır.
Məktəbəsaslı peşəkar təlim və onun vacibliyi təbliğ edilir.
Şagirdlərin öyrənmə səviyyəsi, xüsusilə də danışıq qabiliyyətlərinin inkişafı qiymətləndirilir.
Təlimlər British Council-ın peşəkar təlimçiləri tərəfindən həyata keçirilmişdir. Təlimdə iştirak edən müəllimlərə sertifikatlar verilmişdir.