"Qalx ayağa, Azərbaycan" adlı inşa müsabiqəsi keçirildi

20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş silsilə tədbirlərdən biri də məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Sevinc Süleymanovanın rəhbərliyi ilə 5 “C” sinfində keçirilən “Qalx ayağa, Azərbaycan” inşa müsabiqəsi oldu. Şagirdlər bu müsabiqə üçün inşa yazısı ilə yanaşı 20 Yanvar faciəsini və bu faciə zamanı Azərbaycan xalqının göstərdiyi qəhrəmanlıq səhnələrini əks etdirən rəsmlər hazırlamışdılar. Onlar bu rəsmlərlə şəhidlərin xatirəsinə həsr olunan guşə yaratmışdılar. Tədbirdə şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söylədilər. Tədbirdə qeyd edilib ki, xalqımızın milli birliyinə mühüm təkan verən və Azərbaycan tarixinin şanlı səhifələrindən biri olan 20 Yanvar şəhidlərinin xatirəsi daim qəlbimizdə yaşayacaq.