"20 Yanvar şəhidləri" adlı bədii qiraət günü keçirildi

Məlumdur ki, orta ümumtəhsil məktəblərində 20 Yanvar şəhidlərinin xatirəsi mütəmadi olaraq müxtəlif tədbirlər çərçivəsində yada salınır. Belə tədbirlərdən biri də  məktəbimizin kitabxanasında keçirilən bədii qiraət oldu. Şagirdlər 20 Yanvar faciəsi haqqında danışdılar.1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da  keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən Bakı şəhərinə yeridilmişdir. Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır.

Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkar aksiya Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi.  Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tartixinə qanlı 20 yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır.

20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Şagirdlər tədbirdə “Ağla, qərənfil, ağla”, “Şəhid qanı”, “Şəhid nisgili” şeirlərini və faciəni əks etdirən bayatılar söylədilər. Tədbirdə vətənpərlik ruhu aşılayan "Çırpınırdı Qara dəniz" mahnısı da səsləndi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi