Coğrafiya gecəsi keçirildi

Təhsilin keyfiyyətinin yüksəldilməsində, qabaqcıl təcrübənin nümayişi və təbliğində fənn gecələrinin rolu böyükdür. Bunu nəzərə alaraq məktəbimizdə müxtəlif fənn gecələri keçirilir. Bu gün məktəbin coğrafiya müəllimi Tahirə Əsədovanın təşkilatçılığı və fəal şagirdlərin dəstəyi ilə coğrafiya gecəsi keçirildi. Gecədə rəhbərliklə yanaşı müəllimlər, valideynlər və şagirdlər də iştirak etdilər.

Tədbir İnformasiya Kommunikasiya Texnologiyası vasitəsi ilə Ümummilli Lider Heydər Əliyevin ifasında “Azərbaycan” seiri ilə başladı. Şeirin davamını isə həvəslə şagirdlər söylədilər. Tədbir müddətində şagirdlər şeir və mahnı söylədilər, müxtəlif xalqların rəqslərini nümayiş etdirdilər, obrazlaşdırılmış səhnəciklər və milli musiqi aləti olan saz ifası ilə çıxış etdilər. Şagirdlərin bu maraqlı proqram əsasında tərtib olunmuş hər bir çıxışını tədbir iştirakçıları alqışla qarşıladılar.

Gecədə uşaqlar “Uçan xalça” vasitəsi ilə Türkiyə, Özbəkistan, Rusiya, Yaponiya, İspaniya ölkələrinə səyahət etdilər. Onlar bu ölkələr haqqında məlumat verdilər və hər bir ölkə üçün xarakterik olan milli geyimdə milli rəqslər nümaiş etdirdilər.

“Fənlərin mübahisəsi” səhnəciyində isə səkkiz fənn haqqında şeirlər söyləndi.

“Təbiətin qorunması” səhnəciyi ekologiya və ətraf mühitin qorunmasını, onun çirklənməsinin qarşısını alınmasını təbliğ edirdi.

Sonda məktəbin direktor əvəzi Mürsəl Kazımov çıxış edərək qeyd etdi ki, belə fənn gecələri tədris prosesinə maraq oyadır, şagirdlərin dünyagörüşünü artırır, tədris olunan fənləri sevdirir, düşünmə qabiliyyətini, yaddaşını, diqqətini inkişaf etdirir, onları oxumağa, öyrənməyə, savadlı olmağa, vətənpərvər olmağa çağırır. O, bütün iştirakçılara, gecənin tərtibində zəhməti olan müəllimlərə, şagirdlərə öz təşəkkürünü bildirdi və onları Fəxri Fərmanla təltif etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi