Üzgüçülük yarışı keçirildi

Məktəbimizdə üzgüçülük hovuzunun fəaliyyət göstərməsi şagirdlərimiz arasında üzgüçülüyə olan həvəsi artırır. Buna görə də həftənin iki günü şagirdlərimiz idman dərslərini su hovuzunda keçirirlər.

Suraxanı rayonu Həmkarlar Ittifaqı təşkilatının dəstəyi və Suraxanı rayon məktəb rəhbərlərinin təşəbbüsü ilə müəllimlər və direktorlar arasında 23 dekabr 2017-ci il tarixində məktəbimizdə üzgüçülük yarışı keçirildi. Sərbəst üzgüçülük üzrə olan bu yarışda məktəbimizin direktor əvəzi Mürsəl Kazımov birinci yer qazandı. Yarış iştirakçıları Suraxanı rayonu Həmkarlar İttifaqı təşkilatı tərəfindən Fəxri Fərman və pul mükafatı ilə təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi