"Heydər Əliyev və müasir Azərbaycan tarixi" mövzusunda "Açıq dərs"lər

Xalqımızın ümummilli lideri  Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin siyasi və iqtisadi əsaslarını yaradan tarixi şəxsiyyət, nüfuzlu rəhbər kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanmışdır. Məhz dünyamiqyaslı ictimai-siyasi xadim Heydər Əliyevin fəaliyyəti, qətiyyəti, möhkəm siyasi iradəsi nəticəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur. 

Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövr minilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsidir. Bu mərhələ Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması, milli-mənəvi yüksəliş dövrü kimi  müasir tariximizə əbədi həkk olunmuşdur. Bu gün Azərbaycanın sosial-iqtisadi, ictimai-mədəni həyatının elə bir sahəsi yoxdur ki, orada ulu öndərin şərəfli ömrünün bir zərrəsi hiss olunmasın.

Bu misilsiz xidmətləri gələcək nəsilərə çatdırmaq üçün 20-22 dekabr 2017-ci il tarixində Suraxanı rayonu 318 nömrəli tam orta məktəbdə 11-ci siniflərə “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda “Açıq dərs”lər təşkil ollunmuşdur. Bu dərslərdə 65, 104, 141, 146, 317, 318 nömrəli tam orta məktəblərin və Humanitar təmayüllü gimnaziyanın 11-ci sinif şagirdləri iştirak etmişlər. Tədbirdə 318 nömrəli tam orta məktəbin direktor əvəzi Mürsəl Kazımov, 104 nömrəli tam orta məktəbin direktoru Kərəm Mehdiyev və 146 nömrəli tam orta məktəbin direktoru Gülzadə Məmmədova məruzə ilə çıxış etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi