“Ulu Öndərin Anım günü” tədbiri keçirildi

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 14 il keçir.

Vəfatından sonra xalqın yaddaşında qalmaq hər kəsə nəsib olmur. Xalq yalnız sevdiklərini yadda saxlayır və yaşadır. Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman Vətəni, xalqı üçün əziz olaraq qalacaq. Çünki bu dahi insan öz nəcib əməlləri ilə hələ sağlığında ikən tarixin yaddaşında əbədiləşmiş böyük azərbaycanlıdır.

İstedadlı insanlar, böyük şəxsiyyətlər üçün zaman və məkan məhdudiyyəti yoxdur. Onlar heç bir zamana və məkana sığmırlar. Bu, əsrlərin sınağından çıxan və öz təsdiqini tapan həqiqətdir. Zaman bu həqiqəti də təsdiq edir ki, dünyanın tarixi böyük şəxsiyyətlərin mənalı ömür yoludur. Bu mənada Heydər Əliyevin ömür yolu Azərbaycanın tarixidir. Elə bu səbəbdən də bu ömür yolu hər zaman yaddaşlarda yaşayacaq.

Respublikamızın hər yerində olduğu kimi, Bakı şəhərində də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 14-cü ildönümü münasibətilə anım mərasimi təşkil olundu. Bu mərasimdə məktəbimizin pedaqoji kollektivi də iştirak etdi. Onlar Ulu öndərin abidəsini ziyarət edib, abidə önünə gül-çiçək düzdülər. Məktəbdə isə anım günü ilə əlaqədar tədbirlər keçirildi. Belə tədbirlərdən biri də Ülviyyə müəllimin 3-cü sinif günüuzadılmış qrup şagirdləri  ilə keçirdiyi “Ulu Öndərin Anım günü” tədbiri idi. Tədbirdə Heydər Əliyev və onun Azərbaycan dövlətinin tarixindəki rolu haqqında məlumat verildi. Şagirdlər Ulu Öndərin həyatının bəzi anlarını əks etdirən şəkillərdən sərgi hazırladı, onun xatirəsinə həsr olunmuş şeirlər söylədi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi