İbtidailər "Ən böyük xəzinə" mövzusunu müzakirə etdilər

Dördüncülər "Ən böyük xəzinə" mövzusunu müzakirə etdilər. İbtidai sinif müəllimi Şəbnəm Həbibbəyli 4 ”Q” sinfində “Açıq dərs” keçirdi. Şagirdlər “Zərgərlik”, “Əkinçilik”, “Astranomiya”, “Gəmiçilik” adlanan qruplara bölündülər. Şagirdlər əsərdəki qəhrəmanların hərəkətlərinə əsasən onları xarakterizə edib, mətnin ideyasını müəyyənləşdirərək obrazları sadə şəkildə səciyyələndirdilər. Varlıq və hadisələrin mahiyyəti haqqında kiçik təqdimatlar etdilər. Eləcə də yeni söz və terminləri, onların yazılış və tələffüz qaydalarını öyrəndilər. Dərsdə direktor müavini Rəsmiyyə Hüseynova iştirak etmişdir.