9-cu siniflər üzrə növbəti "Açıq dərs" keçirildi

9-cu siniflər arası növbəti ”Açıq dərs oldu. Dərsi məktəbin azərbaycan dili və ədəbiyyat müəllimi Ülkər Qocayeva təşkil etmişdir. 9 B sinfində keçən dərs “Müvəffəqiyyət. Sadə cümlənin məqsəd və intonasiyaya görə növləri” mövzusunda idi. Motivasiya zamanı “Şah İsmayıl Xətai kimdir?” adlı video materiala baxış keçirildi. Daha sonra ekranda sxem göstərildi və sxem üzrə fikir mübadiləsi aparıldı. Qruplarla iş formasından istifadə edildi. Qruplar “Zəfər”, “Qələbə”, “Qalibiyyət” və “Uğur” adlandırıldı.  Müəllim beyin həmləsi, müzakirə kimi iş üsullarından yararlandı. Fikirlər həyat hadisələri ilə əlaqələndirilərək ümumi nəticələr çıxarıldı. Sonda müəllim qrupların dinləmə bacarığı, əməkdaşlıq, tapşırığı düzgün yerinə yetirmə digər meyarlarına əsasən qiymətləndirmə apardı. Dərsdə direktor müavinləri Tutu Həmzəyeva, Aytən Sadıqova iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi