8 ”Ə” sinif şagirdi müsabiqə qalibi olmuşdur

“Azərbaycan Milli Avtomobil Klubu” (AMAK) İctimai Birliyi tərəfindən “Yol təhlükəsizliyi məktəblilərin obyektivində" mövzusunda Bakı məktəbliləri arasında müsabiqə keçirilmişdir. Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə sıx əməkdaşlıq şəraitində keçirilən müsabiqənin məqsədi Bakı şəhərində fəaliyyət göstərən orta təhsil müəssisələrində təhsil alan yaradıcı yeniyetmələrin üzə çıxarılmasından ibarət olub. Müsabiqədə qalib gələn məktəblilər qiymətli hədiyyələrlə, işləri fərqlənən bütün müəlliflər diplomlarla və kataloqla təltif olunublar. Məktəbimizin 8 “Ə” sinif şagirdi Balakişiyev Kənan bu müsabiqədə kreativ işlər nominasiyası üzrə 1-ci yerə layiq görülmüş, diplom və hədiyyə ilə təltif edilmişdir. Məktəb direktoru Mürsəl Kazımov bu münasibətlə Kənanı təbrik etmiş və ona yeni uğurlar arzulamışdır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi