"Ana dili " aylığına start verildi

Məktəbimizin 4-cü sinifləri üzrə "Ana dili " aylığına start verilmişdir. 4 "A" sinfində keçirilən "Açıq dərs"  ümumiləşdirici dərs idi. İbtidai sinif müəllimi Vusalə Həsənovanın təşkil etdiyi dərsdə bölmə üzrə keçirilən bütün mətnlərə toxunuldu və onlar üzrə işlər aparıldı. Şagirdlər "İtə ataram,yada satmaram", "Sözün qüdrəti", "Natiqlik məharəti " mətnlərindən və "Çünki oldun dəyirmançı..." mətnindən səhnəciklər nümayiş etdirdilər. Daha sonra  şəkillər və qisa video-lentlər göstərildi. Dərsdə iştirak edən direktor müavini Rəsmiyyə Hüseynova sonda öz fikirlərini uşaqlarla bölüşdü və onlara uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi