İbtidai siniflərdə "Açıq dərs" lər keçirilir

İbtidai siniflərdə də yuxarı siniflərdə olduğu kimi "Açıq dərs"lər keçirilir. Ana dili fənnindən olan növbəti "Açıq dərs" 4 "B" sinfində keçirilmişdir. İbtidai sinif müəllimi Aynurə Babayevanın keçirdiyi dərsin mövzusu “Təndir tikə bilməyən ev tikə bilməz” mövzusunda idi. Şagirdlər tapşırıqlar əsasında və slaydlar vasitəsi ilə mövzunu ətraflı müzakirə etdilər. Dərsdə məktəbin direktoru Mürsəl Kazımov və direktor müavini Rəsmiyyə Hüseynova iştirak etmişlər.