Riyaziyyat fənnindən “Açıq dərs”

2017-2018-ci tədris ilində IX və XI siniflərdə imtahan fənləri üzrə əlavə məşğələlər və “Açıq dərs”lər keçirilir. Bu gün 22 noyabr 2017-ci il tarixində 318 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Zəminə Məhərova 9 “B” sinfində “Açıq dərs” təşkil etmişdir. Dərs “y=ǀxǀ funksiyası və onun qrafiki” mövzusunda idi. Müəllim məqsədəuyğun təlim üsullarından istifadə edərək şagirdlərin diqqətini bütünlüklə mövzunun öyrənilməsinə cəlb etdi. Şagirdlər təlim prosesində fəal iştirak etdi və onların nailiyyətləri dərs boyu müəllim tərəfindən qiymətləndirildi. Şagirdlər hazırladıqları slayd və qrafiklərlə mövzunu müzakirə etdilər. “Açıq dərs”də məktəbin direktoru Mürsəl Kazımov və direktor müavini Aytən Sadıqova iştirak etdilər.