Məktəbdə "Bayraq Günü"nə həsr olunmuş dərslər keçirilir

Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı – Dövlət bayrağıdır. 1918-ci ilin noyabrın 9-da Azərbaycanın üçrəngli dövlət bayrağı haq¬qında qərar qəbul edildi: “Yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq Milli bayraq hesab edilsin”. Bayrağımızdakı göy rəng türkləşmək ideyası ilə bağlıdır, yaşıl rəng islam dininə mənsubluğumuzu ifadə edir. Milli bayrağımızdakı qırmızı rəng isə müasirləşməni, inkişafı bildirir. Məktəbimizdə 8 noyabr 2017-ci il tarixində keçirilən bir çox dərslər də “Bayraq günü”nə həsr olundu. Siniflər dövlət bayrağı ilə bəzədildi. Ulu öndər Heydər Əliyevin Dövlət bayrağı haqqındakı fikirləri, bayrağımızın yaranma tarixi haqqında geniş məlumatlar verildi, Dövlət Bayrağı Gününün tarixi əhəmiyyəti vurğulandı. Belə dərslərdən biri də ibtidai sinif müəllimi Sürat Əliyevanın "Bayraq Günü" nə həsr olunmuş nümunəvi dərsi idi. O, şagirdlərə Milli bayrağımızın müqəddəsliyi, ucalığı, mənəvi mahiyyəti haqqında məlumatlar verdi. Şagirdlər şeirlər söylədirər, mahnılar oxudular. Oğlanların hərbi geyimlərdə olması onların çıxışlarını daha da maraqlı etdi. Belə dərslər şagirdləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək məqsədi daşıyır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi