9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar tədbir keçirildi

Məktəbin İllik Fəaliyyət planına uyğun olaraq “Dövlət Bayrağı Günü”nə həsr olunmuş ədəbi-bədii gecə təşkil olundu. Məqsəd Azərbaycan xalqının öz dövlətinə və dövlət rəmzlərinə hörmət və sevgisini bugünkü nəslə aşılamaqdır. Dövlət himni səsləndirildikdən sonra məktəbin şagirdləri ən mühüm dövlət atributu sayılan üçrəngli bayrağımız, onun tarixi, rənglərinin mənası, Dövlət bayrağının əhəmiyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verərək, bayrağımıza həsr olunmuş gözəl şeirlərlə tədbirin ədəbi hissəsini başladılar. Səhnə məktəblilərin ixtiyarına verildi. Bir-birindən rəngarəng şeirlər, mahnılar, şən rəqslər hərkəsə xoş övqat bəxş etdi. Sazın müşayiəti, milli geyimli qızların ifa etdiyi rəqslər bayram tədbirini daha da rövnəqləndirdi. Tədbir Azərbaycan bayrağının alqış sədaları altında səhnəyə gətirilməsi ilə sona çatdı. Tezliklə zəfər bayrağımız Şuşada, Ağdamda və işğal olunmuş bütün torpaqlarımızda dalğalanacaq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi