ÜÇ RƏNGİN SEHRİNƏ ŞAHİD OL

Hər bir ölkənin tarixi və dövlətçilik ənənələri onun rəmzlərində və atributlarında öz əksini tapır. Azərbaycan Respublikasının Bayrağı, Gerbi və Himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Dövlət atributu olaraq Azərbaycan bayrağına ehtiram göstərilməsi ölkə vətəndaşlarının müqəddəs borcudur. Azərbaycan Respublikasının dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir. Belə ki, 7 noyabr 2017 - ci il tarixində 318 nömrəli tam orta məktəbdə rəqs rəhbəri Rübabə Ağalarovanın təşkilatçılığı ilə “Üç rəngin sehrinə şahid ol” şüarı altında fləşmob keçirildi. Məktəbimizin şagird kollektivi müxtəlif milli ruhda olan mahnıların sədası altında birləşdilər. Keçirilmiş fləşmobda şagirdlər üzərində Azərbaycanın dövlət bayrağı əks olunmuş parçaları birləşdirərək Azərbaycan bayrağı təsvirini yaratdılar. Fləşmobun keçirilməsində əsas məqsəd müstəqil Azərbaycanın keçdiyi tarixi yolda qazandığı dəyərlərin, dövlət bayrağının, onun milli simvollarının, eyni zamanda, azərbaycançılıq, vətənpərvərlik və dövlətçilik ideyalarının şagirdlərə təbliğidir.