Biologiya fənnindən "Açıq dərs" 30 oktyabr 2017-ci il tarixində 6 "B" sinfində olmuşdur. Məktəbimizin biologiya müəllimi Aynurə İmanovanın keçirdiyi dərsin mövzusu "Birhüceyrəli və çoxhüceyrəli orqanizmlər" idi. Müəllim yeni təlim üsullarından istifadə edərək dərsi təşkil etmişdir. Təlim prosesində informasiya və kommunikasiya texnologiyalarının imkanlarından istifadə olunmuşdur. Bu da təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm amildir. Dərsdə Direktor müavinləri Tutu Həmzəyeva və Aytən Sadıqova iştirak etmişlər.