Məktəbimizin 6 "E" sinfində Tarix dərsi

Məktəbimizin 6 "E" sinfində Azərbaycan tarixi dərsi həmişəki kimi şagirdlər üçün çox maraqlı keçdi. Tarix müəllimi Sevda Kərimova şagirdlərlə birgə Neolit və Eneolit dövrünü müzakirə etdilər. Müəllimin ibtidai icma quruluşu dövründə Neolit və Eneolit insanlarının yaşadığı ərazi, onların təsərrüffat həyatı və məşğuliyyəti haqqında hazırladığı suallar və tapşırıqlar şagirdlər tərəfindən asanlıqla işləndi, dövr faktlarla dəyərləndirildi. Dərsin maraqlı məqamlarından biri də şagirdlər arasında olan Neolit və Eneolit dövründə sənətkarlığın inkişafı haqqında diskussiya idi. Eneolit dövründə insanların bəzi məşğuliyyət sahələrinin ikinci plana keçməsini isə şagirdlər çox kiçik zaman kəsiyində faktlarla əsaslandırdılar. Cavablar oxundu və müəllim tərəfindən qiymətləndirildi. Dərsdə fəal təlim mexanizmlərindən səmərəli şəkildə istifadə olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi