İbtidai sinif müəllimi Məmmədova Şirin "1000 dairəsində ədədlər" mövzusunda "Açıq dərs" keçdi

"1000 dairəsində ədədlər" - mövzusu davam edir. İbtidai sinif müəllimi Məmmədova Şirin 30 oktyabr 2017-ci il tarixində 3 "Q" sinfində verdiyi "Açıq dərs"də şagirdlərlə təklikləri, onluqları, yüzlükləri müzakirə edib müxtəlif tapşırıqların öhdəsindən birlikdə gəldilər. Şagirdlər üçrəqəmli eyni ədədin ekvivalent formalarını yazır, verilmiş üç rəqəmin köməyi ilə müxtəlif ədədləri üçrəqəmli ədəd kimi yazırdılar. Həmçinin üçrəqəmli ədədlərin mərtəbə adlarını, mərtəbə vahidlərinin sayını, rəqəmin mərtəbə qiymətini müəyyən etdilər. Dərs prosesində işçi vərəqləri, dərslik, test tapşırıqları, cədvəl və plakatlardan istifadə olundu. Sinif sual-cavabda aktiv iştirak etdi. Sonda müəllim obyektiv qiymətləndirmə apardı. Dərsdə məktəbin direktoru Mürsəl Kazımov və direktor müavini Rəsmiyyə Hüseynova iştirak etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi