İbtidai sinifdə Riyaziyyat fənnindən "Açıq dərs"

İbtidai siniflərdə Riyaziyyat fənnindən açıq dərslərimiz davam edir. Belə ki, ibtidai sinif müəllimi Məmmədova Zenfira 3 "Ə" sinfində "Açıq dərs" təşkil etmişdir. Dərsin mövzusu "1000 dairəsində ədədlər" idi. Sinfin təşkilindən sonra şagirdlərə suallar verildi. İş üsulları - kollektiv və qrup şəklində idi. Onlar fənlərarası inteqrasiya quraraq ilin fəsillərini saydılar və payız fəslində yetişən meyvələri təhlil etdilər. "Birrəqəmli, ikirəqəmli və üçrəqəmli ədədlər hansılardır?", "Neçə mərtəbəlidir?", "Bu mərtəbələr necə adlanır?" - kimi sualları müzakirə etdilər. "Açıq dərs"də məktəbin direktoru Mürsəl Kazımov və direktor müavini Rəsmiyyə Hüseynova iştirak etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi