3 “E” sinfində “Açıq dərs”

Məktəbimizin ibtidai sinif müəllimi Yaqut Hüseynova 3 “E” sinfində “Açıq dərs” vermişdir. Riyaziyyat fənnindən olan dərs "1000 dairəsində ədədlər" mövzusunda idi. Dərsdə fəal təlim metodlarından peşəkarlıqla istifadə edildi və mövzu tam əhatə olundu. Müəllim “beyin həmləsi”, “müzakirə”, “təqdimat” kimi iş üsullarından istifadə etmişdir. Həmçinin işçi vərəqləri, testlər, plakatlar, 100-lük kvadrat kartları kimi əyani vasitələrdən də istifadə edildi. Şagirdlər üçrəqəmli ədədlərin mərtəbə adlarını, mərtəbə sayını və rəqəmin mərtəbə qiymətini müəyyən edir, üçrəqəmli ədədləri yazır və oxuyurdular. Şagirdlər mövzunu mənimsəyərək dərsdə fəal iştirak etdilər.