İbtidai sinif müəllimi Gültac Ələkbərovanın "Bölmə" mövzusunda "Açıq dərs"i keçirildi

Məktəbimizdə keçirilən daha bir “Açıq dərs” 3 "D" sinfində olmuşdur. İbtidai sinif müəllimi Gültac Ələkbərovanın keçirdiyi bu dərsin mövzusu “Bölmə” idi. Mövzu müasir tələblərə uyğun olaraq kollektiv və qruplar formasında müzakirə olundu. Şagirdlər onlara verilən tapşırıqları böyük həvəs və maraqla həll etdilər. Həm tapşırıqların həllində, həm də sual-cavabda sinif fəal iştirak etdi. Dərsin gedişini izləyən məktəbin direktoru Mürsəl Kazımov, direktor müavini – Rəsmiyyə Hüseynova, Uşaq Birliyi Rəhbəri Xədicə Səmədova dərsin nəticəsinə dair öz fikir və rəylərini müəllimə bildirdilər.