23 oktyabrda "Açıq qapı" günü keçirildi

Uzun illərin təcrübəsi göstərir ki, təhsilin keyfiyyətinin yüksəldilməsində məktəb-ailə münasibətlərinin sistemli şəkildə qurulması müsbət nəticə verir. Yeni kurikulumların tətbiqi ilk növbədə müəllim-valideyn əlaqələrinin yeni məzmun alması zərurətini qarşıya qoymuşdur. Valideyn-məktəb münasibətlərinin daha da inkişaf etdirilməsi üçün 23oktyabr 2017-ci il tarixdə 318 nömrəli tam orta məktəbdə mütəmadi keçirilən ənənəvi “Açıq qapı günü” keçirilmişdir. Saat 08:00-dan 16:00-dək davam edən “Açıq qapı günü”ndə valideynlər məktəbə gələrək müəllimlərlə görüşmüş, siniflərə və bütövlükdə məktəbə baxış keçirmiş, müxtəlif məsələlərlə bağlı direktora və müəllimlərə müraciət etmişdir.Məktəbin müəllim kollektivi və inzibati heyəti valideynlərin təkliflərini dinləmiş, gün ərzində valideynlərlə onların övladlarının təlimdə uğurları müzakirə edilmişdir. Onlar övladları ilə bir günlük məktəbli həyatını yaşadılar.