İbtidai sinifdə “Açıq dərs”

Məktəbimizin ibtidai sinif müəllimi Aygün Abdulova öz sinfində açıq dərs keçirmişdir.Dərs çox maraqlı motivasiya ilə başlandı. Mövzu aydınlaşdıqdan sonra şagirdlər müxtəlif formada fikirlərini bildirdilər. Müəllim məqsədəuyğun təlim üsullarından istifadə edərək şagirdlərin diqqətini bütünlüklə mövzunun öyrənilməsinə cəlb etdi. Şagirdlər təlim prosesində fəal iştirak etdi və onların nailiyyətləri dərs boyu müəllim tərəfindən qiymətləndirildi. Dərsdə məktəbin direktoru Mürsəl Kazımov, direktor müavini Rəsmiyyə Hüseynova iştirak etmişlər. Dərsin gedişini izləyən direktor əvəzi və direktor müavini dərsin nəticəsinə dair öz müsbət rəy və təkliflərini Aygün Abdulovaya bildirdilər.