BIOLOGIYA FƏNNINDƏN “AÇIQ DƏRS”

Məktəbimizin 8 "A" sinfində biologiya fənnindən "Açıq dərs" keşirildi. Biologiya müəllimi Şəhla Mehdiyevanın rəhbərlik etdiyi bu dərsin mövzusu “Mərkəzi sinir sistemi” idi. Dərs ərzində şagirdlərin potensialından maksimum istifadə olundu. Şagirdlər dərs boyu mövzuya aid layihələrini nümayiş etdirdilər. Dərs şagirdlərdə böyük maraq doğurdu. Bu da onları diskussiyaya cəlb etdi. Dərsin gedişatında bütün sinif şagirdləri fəal iştirak etdi. Dərsin gedişini izləyən məktəbin direktoru Mürsəl Kazımov və direktor müavinləri – Tutu Həmzəyeva, Aytən Sadıqova dərsin nəticəsinə dair öz yüksək rəylərini və təkliflərini bildirdilər. Dərsin təşkilinə həm vaxt, həm də anlatma baxımından da çox yüksək rəy verildi.