18 Oktyabr - Milli Müstəqillik günü ilə bağlı təşkilat saatı keçirildi

Sinif rəhbərlərinin apardığı çoxcəhətli tərbiyəvi işin ən mühümü və ən əsası olan sinif təşkilat saatı şagirdlərin təhsil və tərbiyəsini təşkil etmək, fəaliyyətlərinə düzgün istiqamət vermək üçün çox fayadalı və gərəklidir. Məktəbin illik fəaliyyət planına uyğun olaraq 1 “Ç” sinfində 18 Oktyabr- Milli Müstəqillik günü ilə bağlı təşkilat saatı keçirildi. Məqsəd şagirdlərdə müstəqil Azərbaycanımıza olan sevgini artırmaq, nailiyyətlərimizi öyrətmək, layiqli vətəndaş olmağı tərbiyələndirməkdir.Sinif rəhbəri Firuzə Nəcəfova şagirdlərə Azərbaycanın müstəqillik tarixi haqqında danışdı. Birincilər vətənpərvərlik mövzusunda şeirlər söylədilər, rəsmlər çəkdilər.