ROLLU OYUN – “ƏSMƏRİN GƏLİNCİYİ”

Rollu oyunlar zamanı şagird azaddır. O istədiyi qədər “rolu”na yeni fikirlər, cümlələr əlavə edə bilər.Bütün bunları həyata keçirdikcə şagird sevinir, onda növbəti rola daha yaxşı hazırlaşmaq həvəsi oyanır. Belə ki, məktəbimizin istedadlı birinciləri həvəslə “Əsmərin gəlinciyi” adlı kiçik həcmli hekayəni səhnələşdirdilər. Bu tip dərslər şagirdlər üçün maraqlı və düşündürücüdür. Şagirdləri düşünməyə vadar edir və onların nitqini inkişaf etdirir, öz fikirlərini çəkinmədən başqalarına çatdırmağa həvəsləndirir. Əsmər sonda nənəsinin ona hazırladığı gəlinciyi seçməklə əl əməyinə qiymət verir. Gördükləri və təxəyyüllərində yaratdıqları hər hansı hadisələri cümlələr qurmaqla ətrafdakılara çatdırmaq bacarığı bu tip dərslərdə daha da inkişaf etdirilir. Şagirdlər belə dərslərdə şən və özünə inamlı olurlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi