Pedaqoji Şuranın iclası keçirildi

Məktəbin fəaliyyət planına uyğun olaraq 18 oktyabr 2017-ci il tarixində Pedaqoji Şuranın iclası keçirildi. Pedaqoji kollektivi salamladıqdan sonra məktəbimizin direktoru M.A.Kazımov ilk öncə 2017-2018-ci dərs ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri və bununla əlaqədar ümumi təhsilin keyfiyyətinin yüksəldilməsinə həsr olunmuş pedaqoji mühazirələr keçirilməsi haqqında məlumat verdi. Məktəbə gələn, məktəbdən gedən şagirdlər haqqında, eləcə də siniflərin keyfiyyət faizləri barədə danışıldı və məktəbdə “Açıq dərs”lərin keçiriləcəyi bildirildi. Bundan başqa məktəbdə siniflərin tərtibatı və şagirdlərin dərsə davamiyyətinə nəzarət edılməsi haqqında tapşırıqlar verildi. Direktor müavinləri qarşıda duran vəzifələri müəllimlərin diqqətinə çatdırdı. Sonda müəllimlərin sual və təklifləri dinlənildi, müzakirələr aparıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi