5 OKTYABR - BEYNƏLXALQ MÜƏLLİMLƏR GÜNÜDÜR

Müəllim peşəsini yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev deyirdi: “Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır”. Müəllimlər bu gün cəmiyyətimizin nüfuzlu şəxslərindən hesab olunurlar. Onlara xalq arasında böyük hörmət və ehtiram var və gələcəkdə də belə olacaq. Heç bir müasir təhsil texnologiyası müəllim əməyini əvəz edə bilməz. Bu gün münasibətilə məktəbimizin direktoru Mürsəl Kazımov pedaqoji kollektivi təbrik etdi. Onlara şərəfli işlərində və gələcək fəaliyyətlərində uğurlar arzuladı. Müəllimlərimiz Fəxri Fərmanlarla təltif edildilər. Əziz müəllimlərimiz, hər birinizi bu əlamətdar gün münasibəti ilə ürəkdən təbrik edir, uğurlarınızın davamlı olmasını arzulayırıq!