BİZ SÜLHÜN CARÇILARIYIQ

1981-ci ildən etibarən dünyada qeyd olunan “Sülh günü”nün keçirilməsi müharibə həyatını keçmiş və hazırda sülh şəraitində yaşayan Azərbaycan üçün vacib əhəmiyyət daşıyır. 21 Sentyabr nəinki xalqlar arasında, həmçinin ailələrdə, məktəblərdə zorakılığa qarşı mübarizənin əldə olunmasına nail olmaq üçün bir gündür. Bu səbəbdən də 21 Sentyabr – Beynəlxalq Sülh Günü bütün planet insanları üçün çox vacibdir. Sülh əmin - amanlıq, qurub - yaratmaq, dinclik, mədəni inkişafdır. Sülh azadlıq, bərabərlik və ədalətdir. Sülhün carçıları isə gələcəyimiz olan uşaqlardır. Bu fikri əsas tutaraq 318 nömrəli tam orta məktəbin 4 A sinfində Beynəlxalq Sülh Günü münasibəti ilə “Biz Sülhün Carçılarıyıq” mövzusunda təşkilat saatı keçirilmişdir. İlk öncə sinif rəhbəri Vüsalə Həsənova şagirdlərə Sülh Gününün tarixi və yaranması haqqında məlumat verdi. “Sülh deyəndə nə başa düşürsünüz?”, “ Sülh haqqında hansı əsərləri oxumusunuz?”, “ Sülh quşu hansı quşdur?” kimi suallarla zəngin olan bu dərsdə şagirdlər öz maraqlı və ətraflı düşüncələrini açıqladılar, fikirlərini sülh mövzulu rəsmləri ilə bildirdilər. Vətənə, sülhə aid gözəl şeirlər söylədilər. Yazdıqları inşaları oxudular. Təşkilat saatında məktəbin direktor müavini Rəsmiyyə Hüseynova da iştirak etmişdir. O, şagirdlərə Sülhün əhəmiyyətindən bəhs etdi, həmçinin vurğuladı ki, uşaqlar daim açıq səma altında azad, dinc, sülh və əmin-amanlıq şəraitində yaşamalıdırlar. Məqsəd sülh şəraitində oxumağın, yaşamağın fəaliyyət göstərməyin əhəmiyyətini anlatmaq, doğma Azərbaycanımıza olan sevgini artırmaqdır.