COCUQ MƏRCANLI-TARİXİ QAYIDIŞIN BAŞLANĞICI

Təhsil naziri Mikayıl Cabbarovun “Ümumi təhsil müəssisələrində 2017-2018-ci tədris ilinin ilk dərs məşğələsi haqqında” əmrinə əsasən ümumi təhsil müəssisələrində 2017-2018-ci tədris ilinin ilk dərs məşğələsi “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunmuşdur. 318 nömrəli tam orta məktəbdə bütün siniflərdə ilk dərs məşğələsi "Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı" mövzusunda oldu. Şagirdlərə bildirildi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir ki, ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olmuşdur. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranmışdır. Sərəncama əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb. Ötən ilin aprel döyüşlərində Lələtəpə yüksəkliyi başda olmaqla erməni ordusu həmin ərazilərdən tam qovulub və Cocuq Mərcanlı kəndi bütünlüklə Silahlı Qüvvələrimizin nəzarətindədir. Hələ ki, Cocuq Mərcanlı Cəbrayılın işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsidir. Azərbaycan Respublikasının Ali Baş Komandanı Cənab İlham Əliyevin uzaqgörən siyasəti və Azərbaycan Respublikasının Sillahlı Qüvvələrinin gücü ilə biz işğal altında olan torpaqlarımıza qayıdacağıq. Dərslərdə şagirdlərə geniş məlumat verildi, mövzu ətrafında müzakirələr aparıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi